Tovuzda 200 ailəyə yardım göstərilib - Video

tovuzda-200-aileye-yardim-gosterilib
Oxunma sayı: 1615

Xüsusi karantin rejimi dövründə Tovuz rayonunda aztəminatlı əhali qrupunun və yaşı 65-dən çox olan tənha, ahıl sakinlərin sosial müdafiəsi ilə əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir.

"Qafqazinfo"nun məlumatına görə, Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq, Tovuz rayon İcra Hakimiyyətinin həyata keçirdiyi xeyriyəçilik kampaniyasına tovuzlu iş adamı Məhayət Nəbiyev də qoşulub.  O, cənab Prezidentin “Biz birlikdə güclüyük” şüarına dəstək olaraq, Tovuz rayonu ərazisində ehtiyacı olan, imkansız 200 ailəyə ərzaq yardımı paylamağı qərara alıb.   

Bu gün rayonun əksər yaşayış məntəqələrində aztəminatlı ailələrə və tənha sakinlərə yardımlar çatdırılıb.

Vətəndaşlar onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, xeyirxah təşəbbüslə çıxış etdiyinə görə rayon icra hakimiyyətinə və sahibkar Məhayət Nəbiyevə xoş arzularını ifadə ediblər.