Tovuzda 3 nəfəri “tok” vurdu

tovuzda-3-neferi-tok-vurdu
Oxunma sayı: 2512

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub.

“Qafqazinfo”nun məlumatına görə, bunlar rayonun Əyyublu kəndində yol çəkilişi ilə məşğul olan “Polad” inşaat şirkətində çalışan əməkdaşları olub. Cərəyan vuran Tovuz rayon sakinləri – 1975-ci il təvəllüdlü Abdullayev Süliddin Valeh oğlu, 1980-ci il təvəllüdlü Abduləzimov Ayət İsmayıl oğlu və Xudayi Nihad Əli oğludur. Sonuncunun vəziyyəti ağırdır.

Xəsarət alanlar əvvəlcə Tovuz rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki özəl xəstəxanalardan birinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli