Tovuzda 35 yaşlı qadın qarpızdan zəhərləndi

tovuzda-35-yasli-qadin-qarpizdan-zeherlendi
Oxunma sayı: 1337

Tovuz rayon sakini qarpızdan zəhərlənib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Əlibəyli kənd sakini, 1981-ci il təvəllüdlü Samirə Həsənova zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə S. Həsənova qarpızdan zəhərlənib.