Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qovlar şəhər ərazisində qeydə alınıb.
Belə ki, qarşı tərəfə keçmək istəyən 59 yaşlı Zülfüqar Məmmədovu “VAZ” markalı minik avtomobili vurub.
Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər