Tovuzda 80 yaşlı kişi qəza törətdi - 3 yaralı

tovuzda-80-yasli-kisi-qeza-toretdi
Oxunma sayı: 963

Tovuz rayonu ərazisində yol qəzası baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Quşçu-Qovlar yolunda baş verib.

Qovlar qəsəbə sakini, 1937-ci il təvəllüdlü Səfərov Mail Hüseyn oğlu və Abdulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Tural Valeh oğlunun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində hər iki sürücü və M.Səfərovun sərnişini, 1970-ci il təvəllüdlü Tağıyeva Elmira İsfəndiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.