Tovuzda 90 yaşlı kişinin faciəsi

tovuzda-90-yasli-kisinin-faciesi
Oxunma sayı: 650

Tovuzda qatar 90 yaşlı kişini vuraraq öldürüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 21:00 radələrində rayonun Aşağı Quşçu kəndi ərazisində dəmir yol xətti üzərində qeydə alınıb.
 
Qatar kənd sakini, 90 yaşlı Əşrəfov Xasay Əziz oğlunu vuraraq öldürüb. Məlumata görə, kişi iki inəyini dəmir yol xəttindən keçirmək istəyib. Heyvanlardan birini keçirsə də, ikincisini aparanda qatar onu və inəyi vuraraq öldürüb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.