Tovuzda ağac aşdı - 3 yaşlı uşaq və yeniyetmə öldü

Tovuzda ağac aşdı
Oxunma sayı: 3391

Tovuzda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. 

Belə ki, 2005-ci il təvəllüdlü Allahverdiyev Telman Elman oğlu və 2019-cu il təvəllüdlü Zeynalllı Fərid Mayıs oğlu yol kənarında dayanarkən onların üzərinə ağac aşıb. Nəticədə hər iki uşaq hadisə yerində ölüb.

Hadisənin baş vermə səbələri araşdırılır.

Amin Nəzərli