Tovuz rayonunda zəhərlənmə olub.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.
1976-cı il təvəllüdlü Aygün Hüseynova, 1970-ci il təvəllüdlü Aygül Rüstəmova və 2008-ci il təvəllüdlü Mədinə Hüseynova dəm qazından zəhərləniblər.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər