Tovuzda ər arvadını döyərək xəstəxanalıq etdi

tovuzda-er-arvadini-doyerek-xestexanaliq-etdi
Oxunma sayı: 694

Tovuz sakini həyat yoldaşı tərəfindən döyülüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədova Zülfiyyə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.