“Qafqazinfo” xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonu Mədəniyyət evindəErmənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissəninəsgərləri və zabitləri üçün bayram tədbiri və konserti təşkil olunub. Əsgər və hərbiçilər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva əsgərləri və zabitləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü vəYeni il bayramı münasibətilə təbrik edib.
Millət vəkili Qənirə Paşayeva bildirib: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlhamƏliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək”. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə ölkəmizə səfər etmiş və Azərbaycan haqqında silsilə proqramlar hazırlayacaq TRT Avaz kanalının “Kültür Harmanı” proqramının yaradıcı heyətinin üzvləri və Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahan əsgər və zabitlərimizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və öz xoş arzularını çatdırıblar. AzərbaycanınƏməkdar Artisti Elza Seyidcahanın konsert proqramı ilə çıxış etdiyi tədbirdə rayonun tanınmış sənətçiləri, uşaq və gənclərdən ibarət musiqi qrupları, səhnə ustları da gözəl bir proqramla çıxış ediblər. Tədbirin sonunda sənətçilər əsgərlərlə bərabər “Azərbaycan əsgəri” və “Yaşa mənim xalqım” mahnısını birlikdə oxuyublar. Xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib.