Tovuzda evdə yanğın

tovuzda-evde-yangin
Oxunma sayı: 1102

Tovuz rayonunun Köhnəqala kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

"Qafqazinfo" bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.