Tovuzda evlərə qənim kəsilənlər tutuldu

Tovuzda evlərə qənim kəsilənlər tutuldu
Oxunma sayı: 1170

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-may aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, əvvəllər məhkum olunmuş 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki ümumilikdə 3 evə daxil olaraq oradan küllü miqdarda qızıl-zinət,geyim əşyaları və nağd pulu oğurlayıblar. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi