Dünən səhər saatlarında Tovuz rayonunun Qazıqulu kəndi ərazisində yerləşən “Avdıoğulları” hotelində meyiti tapılan 20 yaşlı qızın ölüm səbəbi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hoteldəki nömrələrdən birinin hamamında meyiti tapılan Alubəyli kənd sakini, 2003-cü il təvəllüdlü X.T-nin meyitinə baxış keçirilərkən onun göz nahiyəsində qançır xəsarətinin olması müəyyən edilib.
Aparılan ilkin araşdırmalardan sonra gənc qızın hamamda olarkən sürüşərək yıxılması və başından aldığı ağır xəsarətdən vəfat etməsi məlum olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Tovuz Rayon prokurorluğunda aparılan araşdırma zamanı şəxsin ölüm səbəbinin müəyyən edilməsi məqsədilə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyi hazırkı vaxtadək istintaq orqanına təqdim olunmayıb:
“Faktla bağlı rayon prokorluğunda araşdırma davam etdirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək”.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər