Tovuzda hamilə qadın döyülüb.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, rayonun Köhnə Qala kənd sakini 1989-cu il təvəllüdlü Allahverdiyeva Sevinc Hidayət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, altı aylıq hamilə qadın qardaşının qaynı tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər