Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
Qafqazinfo” xəbər verir ki, iftar mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları, bir qrup aztəminatlı ailələr, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məmməd Məmmədov çıxış edərək mərasim iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Mərasimdə “Qurani-Kərim”dən ayələr, Ramazan duası və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.




Son xəbərlər
Son Xəbərlər