Tovuzda iki maşın toqquşdu - Yaralılar var

tovuzda-iki-masin-toqqusdu
Oxunma sayı: 1029

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər, Ağbulaq kənd sakini, 1974-cü il təvəllüdlü Həsənov Natiq Dilqəm oğlu, Qovlar şəhər sakinləri, 1993-cü il təvəllüdlü Rzayev Fərid Fəzail oğlu və 1998-ci il təvəllüdlü Əsgərov Ruslan Cingiz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli