Tovuzda iki maşın toqquşdu, xəsarət alan var

tovuzda-iki-masin-toqqusdu-xesaret-alan-var
Oxunma sayı: 793

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nəsimi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" ilə "VAZ 2106" markalı avtomobillər toqquşub.

Qəzanın təsirindən "VAZ 2106" yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd