Tovuzda külək evlərin damını uçurdu, rayonu işıqsız qoydu - Fotolar

tovuzda-kulek-evlerin-damini-ucurdu-rayonu-isiqsiz-qoydu
Oxunma sayı: 1806

Tovuzda güclü külək bir sıra fəsadlar yaradıb.

"Qafqazinfo"nun xəbərinə görə, bu gün axşam saatlarında rayon ərazisində güclü külək əsməyə başlayıb.

Təbiət hadisəsi zamanı ağaclar yollara və avtomobillərin üzərinə aşıb. Həmçinin bəzi ərazilərdə külək dam örtüklərini uçurub. Rayon ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Elmar Əli