Tovuzda maşın dirəyə çırpıldı, ölən var

tovuzda-masin-direye-cirpildi-olen-var
Oxunma sayı: 1211

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun xəbərinə görə, rayonun Yuxarı Öysüzlü kəndi ərazisində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Şirinov Xəlil Bədrəddin oğlu və 1998-ci il təvəllüdlü Məmmədov Uğur Ədalət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, X.Şirinov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli