Tovuzda minik maşını qatarla toqquşub.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Dondar Quşçu keçidində qeydə alınıb.
"VAZ" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Hadisə zamanı 1994-cü il təvəllüdlü İsmayılov İsmayıl Vahid oğlu və 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Əkbər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
.jpg)
Son xəbərlər
Son Xəbərlər