Tovuzda maşın qatarla toqquşdu, yaralılar var - Foto

Tovuzda maşın qatarla toqquşdu, yaralılar var
Oxunma sayı: 1180

Tovuzda minik maşını qatarla toqquşub.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Dondar Quşçu keçidində qeydə alınıb.

"VAZ" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Hadisə zamanı 1994-cü il təvəllüdlü İsmayılov İsmayıl Vahid oğlu və 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Əkbər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi