Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb

tovuzda-mektebli-ders-vaxti-sinif-yoldasi-terefinden-bicaqlanib
Oxunma sayı: 1349

Tovuzda 10-cu sinif şagirdi bıçaqlanıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Dönük Qırıxlı kəndində baş verib. Kənd sakini 17 yaşlı Rəvan Qarayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Valideynləri R. Qarayevin dərs vaxtı məktəb yoldaşı tərəfindən bıçaqlandığını deyiblər. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli