ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, minaya düşən şəxs 1974-ci il təvəllüdlü Hidayət Müseyibov Tovuz rayonunun Qaralar kənd sakini kənd Mədəniyyət evinin direktorudur. Hazırda Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Partlayış nəticəsində o, ayaq barmaqlarından xəsarət alıb.
Hadisə dünən axşam saatlarında balta üçün sap qırmağa gedərkən çay sahilində baş verib. Hələlik onun barmağının amputasiya edilib-edilməyəcəyi dəqiq bəlli deyil.
Son xəbərlər
Son Xəbərlər