Tovuzda oyun qara görə dayandırıldı

tovuzda-oyun-qara-gore-dayandirildi
Oxunma sayı: 2755

Azərbaycan I Divizionun 13-cü turunun “Turan Tovuz” – “Sumqayıt-2” qarşılaşması 51-ci dəqiqədə güclü qar səbəbindən dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu zaman hesab 0:0 olub. 

Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsi ilə elan edib ki, oyunun davamı sabah saat 12:30-da keçiriləcək.