Tovuzda qəza - 2 nəfər öldü

tovuzda-qeza
Oxunma sayı: 2312

Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Əlimərdanlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkətini bərpa edib. İlkin araşdırmalar nəticəsində VAZ 21011 markalı avtomobil ilə "Mitsubishi Pikap" markalı avtomobil toqquşub. VAZ markalı avtomobildə olan 4 nəfərdən 2-si xəsarət alıb, 1 qadın və 1 kişi ölüb. Hazırda yaralıların və ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı əlavə məlumat veriləcək".

***

Qəzada ölən şəxslərin kimliyi müəyyən olunub. Məlumata görə, Tovuz rayon Hunanlar kənd sakinləri - 1976-cı il təvəllüdlü Əli Abuzərov və 1976-cı il təvəllüdlü Nabat Abbasova qəzada həyatını itirib.