Tovuzda qəza oldu, yaralılar var

tovuzda-qeza-oldu-yaralilar-var
Oxunma sayı: 920

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo"nun xəbərinə görə, rayonun Düz Cırdaxan kəndində iki "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər rayon sakini- 55 yaşlı Gülbəniz Hümbətova, 66 yaşlı Çingiz Hümbətov, 28 yaşlı Tacəddin Əhmədov və 27 yaşlı Gündüz Allahverdiyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli