Tovuzda qəza oldu, yaralılar var

tovuzda-qeza-oldu-yaralilar-var
Oxunma sayı: 2334

Tovuzda sürücü idarəetməni itirərək qəza törədib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib. 

Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq başqa maşına çırpılıb. Nəticədə 2003-cü il təvəllüdlü Eltaç Həsənov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onların vəziyyətinin orta-ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. 

Yunis Quluyev