Tovuzda qəza - Ölən və yaralanan var

tovuzda-qeza
Oxunma sayı: 2301

Bakı-Qazax magistralının Tovuz rayonundan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, 1979-ci il təvəllüdlü Namiq Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil əks zolağa çıxan "Ford Transit" markalı yük maşını ilə toqquşub. Nəticədə Namiq Məmmədov hadisə yerində ölüb, "Ford"un sürücüsü, 1981-ci il təvəllüdlü Emin Hüseynov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd