Tovuzda qəza, yaralılar var

tovuzda-qeza-yaralilar-var
Oxunma sayı: 1208

Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər - 25 yaşlı İlkin Hüseynov, 23 yaşlı Misirxan Əlrzayev və 25 yaşlı Elvin Hüseynov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli