Tovuzda qızdırıcı partladı, gənc qadın xəsarət aldı

tovuzda-qizdirici-partladi-genc-qadin-xesaret-aldi
Oxunma sayı: 2247

Tovuz rayonunun Xatınlı kəndində evlərin birində qızdırıcı partlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev