Tovuzda sexdə təkər partladı, usta öldü

tovuzda-sexde-teker-partladi-usta-oldu
Oxunma sayı: 2279

Tovuzda usta ehtiyatsızlıq nəticəsində ölüb. 

"Qafqazinfo"nun xəbərinə görə, rayonun Əyyublu kəndində 53 yaşlı İlham Əlirzayev işlədiyi sexdə avtomobilin təkərini təmir edən zaman şin partlayıb. Hadisə zamanı xəsarət alan usta ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli