Tovuzda sexdə yanğın

tovuzda-sexde-yangin
Oxunma sayı: 1380

Tovuz rayonunun Əyyublu kəndində sexdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 200 kvadrat metr olan daş sexinin içərisində iki ədəd dəzgah, bir ədəd generator, 15 kvadrat metr sahəyə yığılan rezin qəliblər və dam örtüyünün yanar konstruksiyaları 60 kvadrat metr sahədə yanıb.

Sexin qalan hissəsi və bitişik ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın söndürülüb.