Tovuzda siqaret qaçaqmalçılığı - Foto

tovuzda-siqaret-qacaqmalciligi
Oxunma sayı: 2570

40000 ədəd siqaret aşkar edilib.

Gömrük Komitəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi “Ford Transit” markalı 20 DR 224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib.

Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40000 ədəd siqaret aşkar edilərək götürülüb.