Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində əkin sahələrində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata əsasən, təqribən 2 ha biçilməmiş taxıl sahəsi yanıb.
Yanğın söndürülüb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər