Tovuzda usta “laqonda” ilə ayağını doğradı

tovuzda-usta-laqonda-ile-ayagini-dogradi
Oxunma sayı: 1279

Tovuz rayonunda usta ehtiyatsızlıqdan özünü doğrayıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Bayramov Səlim İsmayıl oğlu həyətdə təmir işləri apararkən ehtiyatsızlıqdan “laqonda” ilə ayağını doğrayıb.

Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.