Tovuzda “VAZ” aşdı, ölən və yaralananlar var - Fotolar

tovuzda-vaz-asdi-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1304

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hərəkətdə olan "VAZ 2106" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, Ağdaş rayon sakini Qiyas Əbilov hadisə yerində ölüb. Sürücü və iki sərnişin isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli