Tovuzda “VAZ”lar toqquşdu, yaralılar var

tovuzda-vazlar-toqqusdu-yaralilar-var
Oxunma sayı: 776

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" nun xəbərinə görə, rayonun Qazqulu kəndində “VAZ 2106” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 4  nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlar Ağdam kənd sakinləri - 1996-cı il təvəllüdlü Sadıqov Ruslan Niyazi oğlu, 1992-ci il təvəllüdlü İsayev Mirzə Komsomol oğlu, Yuxarıöysüzlü kənd sakinləri, 1995-ci il təvəllüdlü Qarayev Səxavət Bakir oğlu, 1995-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğludur.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli