Tovuzda yaralanan əsgərin evi təmir olunub

tovuzda-yaralanan-esgerin-evi-temir-olunub
Oxunma sayı: 3042

Tovuz döyüşlərində yaralanan Masallının Sığıncaq kənd sakini əsgər Nurlan Quliyevin evi təmir olunub.

"Qafqazinfo" cenub.az-a istinadən xəbər verir ki, artıq Nurlan da evinə qayıdıb.

N. Quliyevin yaralarının çoxu sağalıb. O bildirib ki, bir neçə gündən sonra yenidən cəbhə bölgəsinə gedəcək.

Əsgərin əmisi Xalid Quliyev evi təmir edən bütün yardımsevərlərə təşəkkür edib.