Tovuzda yaşayış evində partlayış - 1 nəfər yaralandı

tovuzda-yasayis-evinde-partlayis
Oxunma sayı: 1728

Tovuzda xəsarətlə nəticələnən partlayış baş verib.

"Qafqazinfo“nun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndində olub. 56 yaşlı kənd sakini Nəzakət Süleymanova yaşadığı evdə qaz sobasını yandıran zaman partlayış baş verib. Nəticədə yanıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Vəziyyəti kafi qiymətləndirilir. 

Elmar Əli