Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə avqustun 30-da saat 01 radələrində Qaraxanlı kəndində baş verib. Kənd sakini Rəsul Süleymanov idarə etdiyi “Mercedes” markalı avtombili yolun kənarında dayanmış həmkəndlisi Zeynalabdin Zeynalova məxsus “KamAZ” markalı avtomobilə vurub.
Nəticədə R.Süleymanov və sərnişinlərindən həmyerliləri Murad Əliyev, Ehtiram Quliyev hadisə yerində ölüb, xəsarət almış digər sərnişini İbrahim Əsədov xəstəxanaya yerləşdirilib. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər