Tovuzquşu Lavrovu güldürdü - Video

tovuzqusu-lavrovu-guldurdu
Oxunma sayı: 5068

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Lavrovun çıxışı zamanı ətrafda olan tovuzquşunun səsi XİN başçısının nitqinə mane olub.

Lavrov hadisəni təbəssümlə qarşılayaraq “Xoşlarına gəldi” deyə şərh bildirib.

Mətbuat konfransı başa çatdıqda isə Lavrov zarafatla “İndi isə qalanını tovuzquşularla müzakirə edin” deyib. 

Qeyd edək ki, Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçirildiyi hökumət iqamətgahının ərazisində bir neçə tovuzquşu yaşayır.