Toy gözləyirdilər, yas oldu - - Bakıda faciə

toy-gozleyirdiler-yas-oldu-
Oxunma sayı: 6109


Bakıda ana və onun iki övladı dəm qazından zəhərlənib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib. Hadisə Xəzər rayonunun Südçülük sovxozunda baş verib. Zəhərlənənlər 1972-ci il təvəllüdlü Gülmirə Məmmədova, onun övladları - 21 yaşlı Dərya Məmmədova və 20 yaşlı Toğrul Məmmədovdur. Onların hər üçü ölüb.

Məlumata görə, iki gün sonra D.Məmmədovanın nişan mərasimi olacaqmış.

Faktla bağlı araşdırma aparılır.