Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - Video

toy-karvaninda-avtoxuliqanliq-eden-surucu-hebs-edildi
Oxunma sayı: 3126

Masallı rayonunda toy karvanında “avtoş”luq edən sürücü 15 sutka həbs edilib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Masallı rayonunda toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, həmin sürücünün Masallı şəhər sakini C.Vəliyev olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş “Vaz 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Sonradan isə etdiyi avtoxuliqanlıq hərəkətləri sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

C.Vəliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.