Öndə traktor, arxada isə digər avtomobillər. Qabağına oyuncaq ayı bərkidilmiş traktor toy karvanına qatılıb.
“Qafqazinfo” xəzərxəbər-ə istinadən bildirir ki, görüntülər Qazağın Alpoud kəndində keçirilmiş toy mərasiminindəndir. Toy günü gəlin karvanında traktorun bəy maşınından öndə getməsi hər kəsin marağına səbəb olub. Bəziləri bunun diqqət çəkmək üçün edildiyini düşünsələr də, əslində səbəb başqadır.
Gəlin ayaqqabısının öndə gətirilməsi qədimi adət olsa da, bu mərasimin traktor vasitəsilə həyata keçirilməsi gəlini yola salmağa hazırlaşan qohum-əqraba tərəfindən maraqla qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər