Toy keçirilən kafedə partlayış - 29 nəfər yaralandı+Video

toy-kecirilen-kafede-partlayis
Oxunma sayı: 4301

Rusiyanın Saratov şəhərində kafelərin birində partlayış olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayışda 29 nəfər yaralanıb. Onlar 2-7% yanıq xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Partlayış zamanı binada 35 nəfər olub. Onlar toy mərasimi keçirirmişlər.