Toy korteji qəzaya düşdü - Fotolar+Yenilənib

toy-korteji-qezaya-dusdu
Oxunma sayı: 5414

Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Kortejdə olan avtomobillərdən biri Təmizlik departamentinin qadın işçisini vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Kortejdə olan 50-DE-500 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək, əvvəlcə nəqliyyat vasitəsini yol kənarında dayanmış “Mercedes-Benz” markalı avtomobilə çırpıb. Sonra isə BMW-nin sürücü yol kənarında təmizlik işləri aparan 1956-cı il təvəllüdlü Xəlilova Rəxşəndə Xeyrulla qızını vurub. Ağır bədən xəsarətləri alan 65 yaşlı qadın təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya aparılıb.