“Toy yox, yığıncaq edəcəm” - Mətanət ərə gedir

toy-yox-yigincaq-edecem
Oxunma sayı: 903

Mətanət Əsədova ikinci dəfə ərə gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. 

Mətanət bildirib ki, o, kiçik bir yığıncaqla nikah bağlayacaq:

“Başım xeyir işə qarışıqdı. O məni çox sevir. Mən də damla-damla onu sevməyə başlayıram. Əzizimə böyük hörmətim var, mədəni insandır. Nə olsun ki, müğənniyik? Seçim edəndə çox şeyə fikir verirəm.

Görün necə oğlandır ki, mənim kimi kaprizli xanımın qəlbini fəth edib. Toy yox, yığıncaq edəcəm. Həyatımda bir dəfə toy olub. Qapalı bir məclis edəcəm”.