Keçmiş spiker toyuna 11 gün qalmış nişanı qaytarıb.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Türkiyənin tanınmış diktorlarından olan Duyğu Giray toyuna sayılı günlər qaldığı bir vaxtda nişanı pozub. O, nişanlısı, iş adamı Həmdi İ.-dən şiddət gördüyünü iddia edib. Məhkəmənin qərarına əsasən, Həmdi İ. 48 min lirə təzminata məhkum edilib.
Qeyd edək ki, Duyğu Girayla avtomobil şirkətinin sahibi Həmdi İ. 3 il əvvəl nişanlanıb.
Son xəbərlər
Son Xəbərlər