Toya 50 nəfərdən artıq qonaq gəldi, ev sahibləri cərimələndi

toya-50-neferden-artiq-qonaq-geldi-ev-sahibleri-cerimelendi
Oxunma sayı: 1646

Samuxda  toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Alıncalı, Sərkar kəndlərində və Qara-Arx qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Samux RPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

İştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.