“Toya baha gedirsiniz” ittihamlarına Xatirədən- - Sərt cavab

toya-baha-gedirsiniz-ittihamlarina-xatireden-
Oxunma sayı: 845


“Mən başa düşə bilmirəm ki, sosial şəbəkədə bizi tənqid edənlərin işi-gücü yoxdur? Allah istəməsə, ağacdan bir yarpaq düşə bilərmi? Deməli, Allah istəyir ki, kimsə ayda 100 min manat, kimsə 10 min manat yesin. Gəlin Allahın işinə burnumuzu soxmayaq. Çox pulun dərdi çoxdur, yəqin, sizin gücünüz 100 manat qazanacaq qədərdi. Başqa müğənniləri deyə bilmərəm, amma mən istəyərdim ki, Allah mənim 10 minlərimi alıb bizi tənqid edənlərə versin. Amma sizin bütün sağlamlığınızı mənə versin. Balanızın sağlamlığını da balama versin. Razı olardınız? Dərin düşünün, mən razıyam. Futbolçularımız, həkimlərimiz var ki, milyon qazanır. Allah kimin nəyi varsa, özünə versin. Bu müğənnilərdən nə istəyirsiz? Vallah düz deyirəm. Bizdə milyonçu müğənni yoxdur, hamısı şoudur. Nə qədər pulumuzu sayacaqsız, biz artmayacağıq. Axırda da əsəbdən, stressdən xəstəlik tutacağıq və sonda öləcəyik”. 

Könül

“Qafqazinfo”